Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


25.01.2018  14:11 

“Rusiya 4 ilə Ermənistandan gedəcək”





A+  A-

“Yaxın 2-4 il ərzində Rusiya Cənubi Qafqaz regionundan çəkiləcək. Buna görə öz sərhədlərimiz üzərində nəzarəti bərpa etməliyik”.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya ilə Ermənistan arasında Sərhəd Qoşunlarının statusu ilə bağlı imzalanmış müqavilənin 25 illiyinə həs rolunmuş dəyirmi masa deyilib. Erməni politoloqların fikrincə, 2018-2020-ci illər ərzində Federal Təhlükəsizlik Xidməti Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindən geri çəkilməli və bu sərhədlərdə nəzarəti erməni sərhədçilərə verməlidir.

Ermənistan prezidentliyinə keçmiş namizəd, diplomat Arman Melikyanın fikrincə, proses nə qədər tez baş versə, o qədər yaxşı olacaq.

“Çox güman ki, 2-4 ilə Rusiya regiondan geri çəkiləcək. Biz buna çalışmasaq da, hər halda hadisələrin bu cür inkişafına hazır olmalıyıq. Amma realist olmalıyıq. Tacikistandan geri çəkildikdən sonra Rusiyanın hərbi maraqları daralacaq və onun Ermənistanda, Cənubi Qafqazda qalmasına ehtiyac olmayacaq. Biz Rusiyanın bir gün bu ərazilərdən getməsinə hazır olmalıyıq”-deyə diplomat deyib.

Xəbər 3129 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +