Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


07.07.2022  18:51 

“Bütün dövlətlər quru sərhədlərini açıb” - Deputat





A+  A-

“Çox istərdim ki, Azərbaycan hökuməti quru sərhədlərin bağlı olması ilə əlaqədar əsaslandırılmış məlumat yaysın”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a quru sərhədlərin bağlı qalması ilə əlaqədar danışarkən millət vəkili Vahid Əhmədov deyib.

Deputat qeyd edib ki, sərhədlərin bağlı olmasını pandemiya və meymunçiçəyi ilə əlaqələndirmək absurddur:

“Bizim xaricdə oxuyan kifayət qədər tələbələrimiz, işləyən vətəndaşlarımız var ki, onlar Vətənə gələ bilmirlər. Eyni zamanda, turizmlə bağlı çox ciddi problem yaranıb. Burada problem böyükdür. Quru sərhədlərin bağlanmasının əsas səbəbi barədə rəsmi məlumat almamışıq. Əgər dövlətin hansısa bir sahəsi, yaxud təhlükəsizliklə əlaqədardırsa, müəyyən vaxt müddətinə bağlı ola bilər. Yox, əgər pandemiya və ya meymunçiçəyi ilə bağlıdırsa, bu, bir qədər sual doğuran və absurd məsələdir. Çünki bütün dövlətlər quru sərhədlərini açıb. Bir-iki dövlət var ki, sərhədləri bağlıdır, onlardan biri də Azərbaycandır. Mən quru sərhədlərin açılmasının tərəfdarıyam. Əgər quru sərhədlər açılmırsa, rəsmi orqanlar bunun əsas səbəbləri barədə əhalini məlumatlandırmalıdır.
Quru sərhədlərin bağlı olmasının turizmə vurduğu ziyanı çoxdur, amma əsas problem insanların vəziyyəti, Vətənə gələ bilməməsi ilə bağlıdır. Bu gün Rusiya, Gürcüstan, Türkiyə kimi ölkələrdə quru sərhədlərlə ticarət işləri aparan vətəndaşlarımızın problemi böyükdür. Çox istərdim ki, Azərbaycan hökuməti bununla əlaqədar rəsmi məlumat yaysın. Səbəbi əsaslandıraraq əhalini məlumatlandırsınlar”.

Xəbər 1803 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +