“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi


28.07.2021  16:19 

Zakir Həsənov ABŞ generalı ilə sərhəddəki vəziyyəti müzakirə etdi





A+  A-

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi və həmin ştatın Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.
XəzərNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Z.Həsənov azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış son vəziyyətə toxunaraq baş vermiş bugünkü insidentlə bağlı onlara ətraflı məlumat verib, gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

C.K.Stitt Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Ötən il qazanılan qələbənin Azərbaycan Ordusunun yüksək hazırlığının göstəricisi olduğunu qeyd edən Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor M.Tompson şəhid olanların ailələrinə başsağlığı verib.

Xəbər 4002 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +