10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


06.07.2019  14:46 

İlham Əliyev İtaliya nümayəndə heyətini qəbul edib





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da İtaliyanın Veneto regionunun prezidenti Luka Zayanı və İtaliya nümayəndə heyətinin üzvlərini qəbul edib.
XəzərNews.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-İtaliya əməkdaşlığının siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə çox uğurla inkişaf etdiyini və ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirdiklərini deyib. Dövlət başçısı bildirib ki, qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-İtaliya əlaqələri uğurlu əməkdaşlığın gözəl nümunələrindən biridir. İlham Əliyev ötən il İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərini bu istiqamətdə atılmış önəmli addımlardan biri kimi dəyərləndirib. İtaliya şirkətlərinin Azərbaycanda böyük layihələrdəki uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini vurğulayıb. Cənub Qaz Dəhlizinin əməkdaşlıq üçün genişmiqyaslı bir layihə olduğunu qeyd edən dövlət başçısı bu layihənin Azərbaycan-İtaliya əlaqələrinə və eyni zamanda, regional əməkdaşlığın inkişafına əsaslı töhfə verdiyini və marşrut boyunca yerləşən ölkələri bir-birinə yaxınlaşdırdığını deyib. Dövlət başçısı İtaliya nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-İtaliya əlaqələrinin daha da inkişaf etdirilməsi üçün önəmli addım olacağını vurğulayıb.

Qəbula görə minnətdarlığını bildirən İtaliyanın Veneto regionunun prezidenti Luka Zaya iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından regionlararası əlaqələrin əhəmiyyətini vurğulayıb. O, təmsil etdiyi region haqqında dövlətimizin başçısına məlumat verərək əməkdaşlığımızın inkişafı üçün böyük potensialın olduğunu bildirib. Azərbaycanın İtaliyanın Veneto regionunda yaxşı tanındığını deyən Luka Zaya “Venesiya Biennalesi” Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Azərbaycan pavilyonunun daim böyük maraqla qarşılandığını deyib. O, eyni zamanda, Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının önəmini də vurğulayıb.

Görüşdə iştirak edən İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Quqlielmo Pikki Azərbaycan ilə İtaliya arasında strateji əlaqələrin mövcudluğunu qeyd edərək ölkələrimizin əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. O, TAP layihəsinin yekunlaşmaq üzrə olduğunu vurğulayaraq Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini bir daha qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xəbər 1934 dəfə oxunub.




23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +