Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


04.06.2025  14:44 

Azercell-dən “innovasiya”: “AYLIQ“ adı ilə 28 GÜNLÜK internet təklif edir





A+  A-

Azercell mobil internet tariflərini də dəyişəcəyini elan edib. Təkliflərinə baxıram və qonşu ölkələrlə müqayisə edirəm, yetərincə bahadır və bu, başqa bir müzakirə mövzusudur. Maraqlı məqam odur ki, bu dövlət şirkətinin təqdim etdiyi internet paketləri “aylıq” adı ilə satılır, amma əslində bu paketlər 30 gün yox, cəmi 28 gün keçərlidir.

Bu, Azercell tərəfindən təklif edilən yeni “innovasiyadır” . Əvvəllər belə hal müşahidə etməmişik.

Nə deməkdir bu?

Adi hesablama göstərir ki, bu qayda ilə müştəri ildə 12 dəfə yox, 13 dəfə ödəniş etməyə məcbur edilir. Yəni ildə 12 yox, 13 “aylıq” internet paketi alınmış olur.

Bu isə az da olsa hər istifadəçidən əlavə qazanc əldə etmək deməkdir. Kiçik görünən bu rəqəm milyonlarla istifadəçidən toplananda şirkət üçün milyonlarla əlavə gəlir deməkdir.

Azercell bu təcrübəni turistlər üçün nəzərdə tutulan Avropa ölkələrindəki 28 günlük SIM kart təcrübəsi ilə eyniləşdirə bilməz. Çünki orada bu sistem yalnız qısa müddətli istifadə – yəni turistlər üçün nəzərdə tutulur. Bizdə isə bu “28 gün” yerli əhali üçün “aylıq” adı altında tətbiq olunur.

Azercell-də kimsə deyə bilər ki, biz xırda işlərə baş qoşuruq. Anlayıram.
Amma, bu 30/28 yanaşması etik deyil axı.

Bu, istehlakçının etibarından sui-istifadə etməkdir.

Bu, rəqəmsal bərabərliyə zidd bir addımdır.

Azercell dövlətə məxsus şirkətdir və bu cür praktikalar ictimai məsuliyyət və sosial ədalət prinsiplərinə ziddir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, aidiyyəti qurumlar bu məsələni araşdırmalı, "aylıq" anlayışının ədalətli və şəffaf istifadəsini təmin etməlidirlər.

Ümumiyyətlə, proseslər o qədər sürətlə inkişaf edir ki, hər şeyi izləməyə də zaman çatmır.

Azercell-in “1 manat – 1gün” absurd açıqlamasından sonra bir daha bu qurumun son zamanlardakı tarif siyasətinə göz gəzdirdim. Sadəcə təəssüflənməmək mümkün deyil.

Bütün istiqamət var qüvvə ilə müştəridən əlavə pul qopartmağa yönəlib. Amma qarşılığnda yeni xidmətlər, yeni innovasiyalar yoxdur. 5G-dən xəbər yoxdur.

Amma qonşu ölkələrin mobil operatorlıarına baxsaq görərik ki, bütün qüvvələrini innovasiyalara, 5G/6G-yə, süni intellektə investisiya yatırmağa, yeni xdimətlərdən gəlir əldə etməyə yönəldiblər.

Zamanında Azərbaycanın ən innovativ qurumunun belə halı ürəkaçan deyil.

Azercell-i özəlləşdirməyə çıxarmağın məqamı çoxdan yetişib!

Osman Gündüz

Xəbər 685 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +