Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


21.05.2021  11:38 

Bakıda “Formula 2“ yarışı da keçiriləcək





A+  A-

"Bu yarışı keçirməyə nə qədər iddialı olsaq da, pandemiya dönəmində əminliklə danışmaq mümkün deyil".
XəzərNews.az-ın məlumatına görə, bu fikirləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva deyib.

O bildirib ki, Azərbaycan Qran-prisini mövsümün ən yaxşı yarışı kimi təşkil etməyə iddialıdırlar: "Təşkilatçılar bütün tədbirləri görürlər ki, azarkeşlərə televiziya vasitəsilə lazımi görüntüləri təqdim etsinlər. Yarış azarkeşsiz olsa da, medianın fəaliyyəti artıb. Çünki "Formula 1"sevərlər yarış barədə onlardan məlumat alır. Hansısa yarışda yubanma və dayanma olsa belə, Qran-pri 3 saata bitməlidir. Əvvəllər hansısa yarış 4 saatadək çəkib".

BŞH rəsmisi Bakıda "Formul 1"lə yanaşı, "Formula 2" yarışının da olacağını diqqətə çatdırıb: "Bəzən Bakıdakı Qran-prilərdə bu olmurdu. Amma bu mövsüm gerçəkləşəcək".

Nəcəf-Ağayeva bəzi Qran-prilərin ləğv edilməsinə rəğmən, Azərbaycandakı yarışın təqvimdə yerini qorumasını sevindirici hal adlandırıb.

O, Azərbaycan Qran-prisinin müddətinin uzadılıb-uzadılmayacağına hələ aydınlıq gəlmədiyini söyləyib: "Hazırkı müqavilə 2024-cü ildə bitəcək: "Formula -1 rəhbərliyi ilə münasibətlər normal qaydadadır. Yeni sözləşmə barədə danışmaq tezdir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.

Xəbər 3671 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +