Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


06.04.2021  15:11 

Azərbaycan klubu maskaya görə cərimələndi





A+  A-

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Turan Tovuz” - “Qarabağ-2” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Bu oyunda meydança əsasnaməyə uyğun olaraq sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunub.

“Sabah-2” – “Zaqatala” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyundan öncə stadion nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi və iclas gec başlandığı üçün meydan sahibi klub 80 manat cərimə olunub. “Sabah”ın futbolçusu Abdulla Xaibulaev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Zaqatala”nın ehtiyat oyunçuları və texniki heyəti texniki zonada maskadan istifadə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Xəbər 3456 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +