12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq


23.02.2022  11:05 

Bu ərazi narkomanların məskəninə çevrilib — VİDEO





A+  A-

Paytaxtın Yasamal rayonu ərazisində narkomanlar baxımsız vəziyyətdə olan ərazini öz məskənlərinə çeviriblər. Onlar burada narkotik qəbul etdikdən sonra şprisləri əraziyə atırlar. Bu hal yaxınlıqda yaşayan sakinləri narahat edir.

Məlum olub ki, həmin əraziyə istifadə olunmuş çoxsaylı şprislər atılıb. Baxımsız vəziyyətdən istifadə edən narkomanlar ərazidə narkotik qəbul edirlər.

Yaxınlıqda yaşayan sakinlər və parkdan istifadə edən vətəndaşlar isə buradan ehtiyatla keçirlər.

Uzun müddətdir ki, sakinlərin bir hissəsi ərazidən köçürülərək evlərin əksəriyyəti sökülüb. Ancaq bəzi evlər var ki, orada hələ də insanlar yaşayır. Onların iddiasına görə, gündüz və axşam saatlarında əraziyə yığışan narkomanlar istifadə etdikləri şprisləri hara gəldi atırlar.

Sakinlər iddia edirlər ki, narkotik qəbul edənlər yaxınlıqda yerləşən parka da gedirlər. Onlar bəzi hallarda parka istirahətə gələn sakinlər üçün problem yaradırlar.

Sakinləri narahat edən problemlə bağlı Daxili İşlər Nazirliyinə məlumat verdik. Bir neçə dəqiqədən sonra əraziyə polis əməkdaşları və əməliyyat qrupu gəldi.

Nazirlikdən ``Xəzər Xəbər``ə bildirildi ki, problemin həll olunması üçün ərazi nəzarətə götürüləcək və burada fasiləsiz polis naryadları xidmət aparacaqlar.



Xəbər 1789 dəfə oxunub.



25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +