Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


25.06.2021  12:10 

Floridada fövqəladə vəziyyət elan edildi





A+  A-

ABŞ Prezidenti Co Bayden çoxmərtəbəli bir binanın çökməsi ilə əlaqədar xilasetmə əməliyyatının aparıldığı Florida şəhərində fövqəladə vəziyyət elan edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat verib.

“Prezidentin fərmanı Milli Təhlükəsizlik Departamentinə və Federal Fövqəladə İdarəetmə Agentliyinə (FEMA) bu şəraitdə yerli əhalinin iztirablarını azaltmaq üçün bütün fəlakətlərin aradan qaldırılması istiqamətində səylərini koordinasiya etmək səlahiyyətini verir”, - deyə Ağ Evin açıqlamasında bildirilib.

Xatırladaq ki, ABŞ-ın Mayami ərazisinin bir hissəsi olan Surfside şəhərciyində 12 mərtəbəli bina çöküb. Səlahiyyətli orqanlar binada yerləşən 130 mənzildən təxminən yarısının dağıldığını və hadisə yerinə 80-dən çox xilasetmə qrupunun göndərildiyini bildirib.

Binanın çökməsi nəticəsində ən az 3 nəfər həlak olub, azı 9 nəfər yaralanıb. 40-a yaxın şəxs dağıntılar altından çıxarılıb, 99 nəfərdən isə xəbər almaq mümkün deyil. Ölü sayının artacağı istisna olunmur.

1981-ci ildə inşa olunan binanın çökmə səbəbi hələlik bilinmir.

Xəbər 3789 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +