12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq


13.06.2019  15:43 

Azərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı





A+  A-

Azərbaycan sərhədçiləri 15 iyun - “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.
Dovlət Sərhəd Xidməti tərəfindən bu münasibətlə 12 iyun 2019-cu il tarixdə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möh­təşəm bay­raq yürüşü təşkil edilib.

XəzərNews.az xəbər verir ki, dövlət müstəqilliyimizin rəmzi və hər bir azər­baycanlının qü­rur mən­bəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayra­ğımızı irəlidə generallar və zabitlər olmaqla 5000 nə­fər­ heyət çiyinləri üzərində daşıyıb.

Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri mü­qəddəs döv­lət bay­rağımızı başları üzərində ucaldıblar.

Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayrağımızdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.

Bu bayraq yürüşü ilə Azərbaycan sərhədçiləri ulu öndər Heydər Əliyevin uca xati­rə­sinə və milli dövlətçilik ənənə­lə­rinə sadiqlik­lərini, Azərbaycan Res­­pub­­li­ka­sının Prezi­denti İlham Əliyevin Ali Baş Ko­mandanlığı altında xidmət etmək şərəfinin ya­rat­dığı qürur və ifti­xar hisslərini nümayiş etdiriblər.

Tədbirdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi general-pol­kovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib, 1993-cü ildə xal­qın tə­kidilə haki­miyyətə qayıdışı ilə ulu öndər Heydər Əliyevin qısa zaman ərzində ölkədə sabit­liyi bərpa et­məsini, tənəzzülün qarşı­sı­nı alaraq dövlətçili­yi­mizi qоru­ması­nı, müstə­qil­liyi­mizin əbədiliyini və dönməzliyini təmin еtməsini böyük qürur hissi ilə qeyd dib.

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş təd­birlər çərçivəsində keçirilən “Vətənə xidmət – andımız, amalı­mızdır!” şüar­­lı möh­təşəm bayraq yürüşü Azərbaycan Respubli­ka­sının Pre­zi­den­ti İlham Əliyevin Ali Baş Komandanlığı altında torpaqları­mızı azad etməyə, işğal altında olan dövlət sərhədlərini mühafizəyə götür­məyə və bütün dövlət sərhədlərimiz boyu şanlı dövlət bayrağımızı ucalt­mağa sərhədçi əzminin ifadəsi olub.

Bu bayram gününün təntənəsini sərhədçilərlə birgə yaşayan hərbi qulluqçu­ların ailə üzvləri sərhədçilərin əzəmətli bayraq yürüşünü böyük ruh yüksək­liyi ilə qarşılayıb, Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi or­kes­trinin, rəqs ansamblının, “Nur” vokal-instrumental qrupunun kol­lek­tivləri bayram gü­nü­nə və bayraq yürüşünə həsr olunmuş konsert proq­ramı ilə şəxsi heyət qarşısında çıxış ediblər.

Xəbər 1672 dəfə oxunub.



25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +