Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


22.01.2019  12:35 

Əmək qanunvericiliyini pozanlar 1,3 milyon manat CƏRİMƏLƏNDİ





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı araşdırmalar zamanı 2018-ci ildə işəgötürənlər tərəfindən işçilərə əmək haqqı və sosial xarakterli digər ödənişlərdən ibarət 149 667 manat (2017-ci illə müqayisədə 44,8 faiz çox) məbləğində vəsaitin ödənişinin gecikdirildiyini müəyyən edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərNews.az-a verilən məlumata görə, müvafiq tədbirlər görülməklə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Ötən il əmək müqavilələrinin sayı 91,3 min artıb. Əmək qanunvericiliyinin tələblərinin pozulması faktlarına görə əvvəlki illə müqayisədə 3 dəfə çox olmaqla 1,3 mln. manat cərimə tətbiq edilib. İstehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirənlərin sayı isə 13 faiz azalıb.

Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnamə layihəsi, Əmək Məcəlləsinə dəyişikliklər layihəsi hazırlanıb, əmək hüquqlarının təminatına dövlət nəzarətinin tətbiqi mexanizminin, e-protokol layihəsinin hazırlanmasına başlanıb.

Xəbər 2752 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +