Trampı “güc tətbiq etməkdən qorxmayan“ “sülhməramlıdır“
Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir


29.07.2021  17:43 

Türkiyə Əfqanıstanda hərbi missiyada iştirak etməyəcək





A+  A-

“Türkiyə hərbi qüvvələri Əfqanıstanda qalacağı təqdirdə hərbi missiyada iştirak etməyəcək və yalnız özünümüdafiə məqsədilə güc tətbiq edəcək”.
XəzərNews.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Pınar Kara bu gün Ankarada keçirilən brifinq zamanı deyib.

P. Kara xatırladıb ki, türkiyəli hərbçilər artıq 20 ildir ki, Əfqanıstandadır və son 6 ildir ki, Kabildə Həmid Qərzai adına beynəlxalq hava limanının mühafizəsi və idarə olunması ilə məşğul olurlar.

O, həmçinin vurğulayıb ki, Türkiyə hökuməti NATO qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra da Kabil hava limanının idarə olunması ilə bağlı missiyanı davam etdirməyə hazırlığını elan edib.

“ABŞ və digər ölkələrin bu məsələyə töhfəsi ilə bağlı texniki xarakterli danışıqlar davam edir. Sözügedən bu məsələ ilə bağlı istənilən razılıq yalnız bütün şərtlərə riayət edilməsi halında mümkündür. Bu səbəbdən də, indiki mərhələdə hər hansı daha dolğun məlumatın verilməsi yersizdir. Hələ ki qərar verilməyib, dialoq davam edir”, - deyə Kara əlavə edib.

Xəbər 3443 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +