Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


16.12.2019  13:28 

“Deputat seçilmək mənim istəyimlə olan məsələ deyil” - Əliağa Hüseynov





A+  A-

“Deputat seçilmək mənim istəyimlə olan məsələ deyil. Deputatı hər şeydən əvvəl xalq seçməlidir”.
XəzərNews.az bildirir ki, bu fikirləri Modern.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı olmuş, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb-sürməməklə bağlı sualı cavablandırarkən deyib.

Deputat bildirib ki, onun yenidən deputat seçilməsinə xalq qərar verə bilər:

“Əgər Salyan camaatı məni deputat görmək istəsə, namizədliyimi irəli sürə bilərəm. Xalq istəməsə, mən necə deputat olaram?! Bu cür məsələlərdə xalqın fikirləri öndə olur. Xalq nə qərar versə, o da olacaq. Mən əlavə nəsə deyə bilmərəm”.

Qeyd edək ki, Milli Məclisin IV və V çağırış deputatı olmuş Əliağa Hüseynov 59 saylı Salyan seçki dairəsini təmsil edib. Partiya mənsubiyyəti yoxdur.

Xəbər 3629 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +