Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


02.11.2019  11:57 

“Şəhidləri çiynimdə daşıdığımdan xəbərsizdirlər” - Deputat qəzəbləndi





A+  A-

Millət vəkili Səməd Seyidov onun Primakovun yubileyi ilə bağlı Bakı Slavyan Universitetinin keçirdiyi tədbirdə iştirak etməsi haqda sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, S.Səmədov bildirib ki, bu iddialar onu çox qəzəbləndirib: “Görünür ki, bu iddiaları irəli sürən şəxslər mənim “20 Yanvar” şəhidlərini çiynimdə daşıdığımdan, qanlı gecədə şəhid olmuş tələbəm Ülvi Bünyadzadənin adına muzey açmağımdan, doğma qardaşımın ermənilər tərəfindən qətlə yetirildiyindən bixəbərdirlər. Sevinc Fətəliyevaya və həmin vaxt Brüsseldə olan Sahibə Qafarovaya qarşı da eyni böhtanı atan bu şəxslərin məqsədi heç bir əsası olmayan, yalan və böhtan xarakterli iddialar irəli sürərək, dövlətimizin maraqlarını hər zaman hər şeydən üstün tutan, Azərbaycanı beynəlxalq aləmdə təmsil edən insanların əməklərini heçə sayaraq, çirkin şəkildə ləkələmək, insanlarda onlara qarşı nifrət hissi oyatmaqdır. O dərəcədə çirkindirlər ki, mənim Avropa Şurasında çəkilmiş şəklimi həmin tədbirdəki kimi təqdim etməkdən, xəbərim belə olmadığı bir tədbirdə iştirak etdiyimi iddia etməkdən belə utanmırlar!!!”

Qeyd edək ki, BSU-da “20 Yanvar” faciəsinin təşkilatçılarından biri Primakovun yubileyi ilə bağlı müsabiqə elan edilib və tələbələr məqalələr yazaraq yer tutublar. Sonra isə bu mövzuda tədbir keçirilib.

Xəbər 3394 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +