İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb


02.10.2019  16:43 

“Onun mandat daşımağa haqqı yoxdur”





A+  A-

Mərkəzi Seçki Komissiyası bu gün Rafael Cəbrayılovun mandatını ləğv edib.
XəzərNews.az xəbər verir ki, MSK katibi Mikayıl Rəhimov çıxışında qeyd edib ki, R. Cəbrayılov Milli Məclisə müraciətində qeyd edib ki, guya, o, III və IV çağırış deputat mandatını girov qoyub:

"Məktubda bildirib ki, bu məsələ tamamilə yalandır. Vəsiqəsi özündədir. Qeyd edim ki, onun 15 illik deputat fəaliyyəti ilə bağlı MSK- ya xüsusi şikayətlər daxil olmayıb. Son dövrlər mətbuatda yazılanlar isə onun nə qədər qeyri- səmimi davrandığını göstərir. Deputat fəaliyyəti ilə məşğul olmursansa, bu həm öz adına, həm də Milli Məclisə xələl gətirir. Arzulayırdıq ki, deputat qanunazidd hərəkətlər etməsin. Əgər Rafael Cəbrayılov mandatından imtina etmək istəyirdisə, o, birinci növbədə Mərkəzi Seçki Komissiyasına müraciət etməli idi. Milli Məclisə müraciət edərək onların mərhəmətinə sığınmaq istəyib. Onun mandat daşımağa haqqı yoxdur".

MSK üzvü Hüseyn Paşayev bildirib ki, R. Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla minlərlə seçicinin etimadını tapdalayıb: "Bunu əxlaqazidd və mənəviyyatsız addım kimi dəyərləndiririk".

Xəbər 3854 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +