Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib


02.07.2019  09:56 

“Xəzər adaları”nın yeni sahibi danışdı





A+  A-

Xəbər verdiyimiz kimi, Bakıda Xəzər dənizinin içində inşa edilən "Xəzər adaları” layihəsini deputat Kamran Nəbizadənin baş direktoru olduğu "Azərbaycan Sənaye Korporasiyasının” (ASC) balansına keçirilib. Bu barədə məlumatı layihənin ideya müəllifi və keçmiş rəhbəri, iş adamı Hacı Nehrəm İbrahimli yerli mətbuata verib. O bildirib ki, dövlətə olan borclarının qarşılığında "Xəzər adaları”nı Məmməd Musayevin sahibi olduğu "Aqrarkredit” qeyri-bank kredit təşkilatına verib. Onlar da bu ərazini millət vəkili Kamran Nəbizadənin baş direktoru olduğu "Azərbaycan Sənaye Korporasiyasının” (ASC) balansına keçiriblər.
XəzərNews.az bildirir ki, Bakupost.az məsələ ilə bağlı deputat Kamran Nəbizadə ilə danışıb. K.Nəbizadə faktı təsdiqləyib və bildirib ki, "Xəzər adaları" layihəsi həqiqətən də onun baş direktoru olduğu şirkətə verilib. Sitat: "Bəli, xəbər doğrudur, "Xəzər adaları" "Azərbaycan Sənaye Korporasiyasının” balansına verilib. Ancaq mən sizə daha ətraflı məlumat verə bilməyəcəyəm. Əlavə məlumat üçün korporasiyanın mətbuat xidməti ilə əlaqə saxlayın. Mən isə deputat kimi başqa suallarınızı cavablaya bilərəm".

Xəbər 3827 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +