Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan


05.09.2021  20:24 

Kürdə suyun səviyyəsi azalıb





A+  A-

Sentyabrın 5-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb, Gəncəçay-Zurnabad məntəqəsində 1 santimetr azalıb. Kürəkçay-Çaykənd o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqələrində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor, Təngərüdçay-Vaqo və Viləşçay-Şıxlar məntəqələrində isə 1 santimetr artım qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 97 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 80 faizinə bərabərdir.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 3,50 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 5 faizini təşkil edir.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 278 santimetr, su sərfi isə 56 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 89, Kür-Bankədə 32 santimetr azalaraq 115, Araz-Novruzluda isə 3 santimetr azalaraq 52 santimetr təşkil edib.

Xəbər 2752 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +