Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


24.11.2020  15:23 

Azərbaycan kubokunun püşkü atıldı





A+  A-

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2020/21 mövsümünün püşkü atılıb.
XəzərNews.az xəbər verir ki, püşkatma mərasimi Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olub.

AFFA-nın inzibati binasında keçirilən tədbir “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanıb.

Bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, Birinci Divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılıb.

Ötən mövsüm Premyer Liqanı ilk 4 pillədə başa vurmuş “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” komandaları mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar. 1/8 final mərhələsinin püşkü qalan klubların iştirakı ilə atılıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları isə 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq.

Azərbaycan Kuboku

1/8 final

1. “Səbail” - “Zaqatala”

2. “Turan Tovuz” - “Qəbələ”

3. “Sabah” - “Kəpəz”

4. “Qaradağ Lökbatan” - “Zirə”

1/4 final

5. “Sumqayıt” - 1-ci cütün qalibi

6. “Qarabağ” - 2-ci cütün qalibi

7. “Keşlə” - 3-cü cütün qalibi

8. “Neftçi” - 4-cü cütün qalibi

Xəbər 3480 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +