Rusiyanı Çinin vassal dövləti adlandırdı
İlham Əliyev Suriya Prezidentini qəbul etdi
Mətbuat Şurası Rusiyanın Bakıdakı jurnalist - agentlərilə bağlı... - Bəyanat
Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür


03.12.2019  17:54 

DANX-ın “QOÇU”ları bu dəfə 134-ün sürücüsünə zor tətbiq edib onu təhqir etdilər - Hadisə yerinə polis gəldi





A+  A-

DANX 134 Saylı marşurut xəttini nə zaman rahat buraxacaq?
Dünən içi sərnişinlə dolu olan 134 saylı marşurut xəttinin 10-TF-411 dövlət nömrə nişanlı avtobusunun qarşısı DANX-ın qoçuları tərəfindən kəsilib.




XəzərNews.az-a verilən məlumata görə, bu hadisə həmin vaxt avtobusu idarə edən sürücü Mirzəyev Əliağanın başına gəlib. Onun sözlərinə görə, DANX-ın 90-PB-516 dövlət qeydiyyat nişanlı xidməti maşını onun qarşısını xırdalan dairəsində zorla kəsib. Avtobusa minən “qoçu”lar Bakı Beynəlxalq Avtovağzalında bütün sərnişinləri məcburi formada, ünvan başına çatmamış düşürüblər. Daha sonra sürücüyə zor tətbiq ediblər. Üstəlik onun ünvanına nəlayiq ifadələr işlədiblər və avtobusu xətdən kənarlaşdırıblar. Sürücü faktla bağlı dərhal Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat verib. Hadisə yerinə polis gələn zaman isə DANX-ın qoçuları ərazidən qaçıblar. Daha sonra sürücünün 40-polis bölməsində izzahatı alınıb.

Sürücü həmçinin faktla bağlı təfərrüatlı şəkildə avtobusların məxsus olduğu Monella MMC-nin direktoru Qurbanəli İsmayılova da ərizə ilə müraciət edib. Hadisə zaman zərər çəkən sürücü onun hüquqlarının tapdanıldığını, ailəsi təhqir edildiyini bildirir. Onun tək istəyi aidiyyatı qurumların məsələ ilə bağlı obyektiv araşdırma aparmalarıdır.





Xatırladaq ki, 134 saylı marşurut xətti Monella MMC-nin istismarındadır. Bu xətt sözügedən daşıyıcı şirkətə sərnişinlərə xidmət edilməsi üçün BNA tərəfindən sərəncamla verilib. Ancaq bir müddətdir ki, DANX-ın “qoçu”ları avtobusların fəaliyyətinə ciddi maneə yaradır. Bir neçə dəfə sərnişinlər yolda düşürdülüb, avtobuslar isə xətdən kənarlaşdırılıb. Sözsüz ki, sərnişinlərin və sahibkarın bu formada incidilməsi yol verilməzdir. Ölkə prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə bu məsələyə toxunub. Bildirib ki, sahibkarlar incidilməməlidir, əksinə onların fəaliyyətinə şərait yaradılmalıdər.



Ancaq DANX-ın daşıyıcı şirkətə qarşı etdiyi bu son əməlləri birbaşa ölkə başçısının göstərişləri ilə zidlik təşkil edir. İnanırıq ki, aidiyyatı qurumlar da bu məsələyə biganə yanaşmayacaqlar.
Qeyd edək ki, bütün bu iddialarla bağlı DANX-dan münasibət öyrənmək istəsək də, qurum konkret cavab verməkdən yayınır. Məsələnin araşdırılacağı bildirilir. Ancaq hələlik heç bir nəticə yoxdur.



Xəbər 5612 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +