Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib
BMT işçilərini 20% ixtisar edəcək
Rusiya Zaporojjyaya raket atdı: 1 uşaq öldü
Vasif Talıbovun səhhəti pisləşdi


18.11.2022  12:07 

“I qrup əlillərin pensiya almasında problem var” - Deputat





A+  A-

“Bizim vətəndaşlarımız arasında ən həssas qrup olan I qrup əlillərin pensiya almasında problem var”.

Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

Millət vəkili bildirib ki, qanunvericiliyə əsasən, onlardan 5 il əmək stajı tələb olunur: “Təbii ki, anadangəlmə əlil olan bir insan və yaxud erkən (15-20 yaş) yaşda əlil olan insanın 5 il sığorta stajının olması mümkünsüzdür. Təklif edirəm, hərbi qulluqçularda olduğu kimi onlara da güzəşt tətbiq olunsun.

Eyni zamanda Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətlər nəticəsində mülki vətəndaşlar arasında da əlil olanlar var idi. Onlara yanaşmada da belə bir güzəştin olmasını təklif edirəm. Fikrimcə, onların sayı elə də çox olmadığından bu büdcə üçün də yük olmayacaq”./Qafqazinfo

Xəbər 1058 dəfə oxunub.




31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +