Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


23.06.2025  13:48 

Fuad Muradovun adamına Stavropolda təşkilat yaratmağa niyə icazə verilmir?





A+  A-

Stavropol diyarının Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin fəaliyyəti dayandırılıb.

XəzərNews.az-a daxil olan məlumata görə, İctimai Birliyin sabiq sədri Təhmasib Zeynalov hazırda Bakıdadır. Onun Belarus sərhəddini keçərək Rusiyanı tərk etdiyi bildirilir.

T.Zeynalov Stavropol vilayətində yeni bir təşkilat yaratmaq istəsə də Rusiya tərəfi buna imkan vermir. Səbəb kimi isə aylar əvvəl Təhmasib Zeynalovun, Gənclər təşkilatının rəhbəri Araz Məhərrəmovun, qurumun hüquqşünası Elçin Cənnətovun və təchizatçısı – informasiya işinə məsul Murad Muradovun Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmalarıdır.



“Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin ofisində həyata keçirilən əməliyyatdan sonra saxlanılanlar Federal Təhlükəsizlik Xidmətinin (FTX) Stavropol Regional Mərkəzinə aparılmışdılar. Onların yaşayış izni almaq üçün rus dili imtahanı ilə bağlı saxta sənəd düzəltdikləri iddia olunurdu.

Qeyd edək ki, T.Zeynalov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun yaxın adamlarından biri kimi tanınırdı.



Hətta T.Zeynalov 05 iyul 2022-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə F.Muradova ünvanladığı təbrik məktubunda elə ifadələr işlədib ki, sanki Fuad Muradovun komitəyə gəlişindən sonra hər yer güllü-gülüstana çevrilib:

“Sizin bu vəzifəyə gəlişinizlə vətəndən kənarda yaşayan azərbaycanlılar üçün Komitə yenidən dirçəldi. Biz real dəstək hiss etdik, buna görə sizə çox minnətdarıq. Çox şadıq ki, belə yüksək nəticələrə nail olan güclü komanda yaratmısınız. Rusiyadakı Azərbaycan diasporu ilə əməkdaşlıq edən şöbənin (şöbə müdiri Ruslan Quliyev - red) işini xüsusilə qeyd etmək istərdim. Biz əməkdaşlıq etdiyimiz müddətdə o qədər doğmalaşmışıq ki, bu yubileyi əsl bayram hesab edirik...“

T.Zeynalovu F.Muradova yaxınlaşdıran da Diaspora Komitəsinin şöbə müdiri Ruslan Quliyev olub. Hətta iddia olunur ki, məhz Ruslan Quliyevin dəstəyi ilə T.Zeynalov Pyatiqorsk şəhərində konsertlər və bir neçə uğursuz layihələr həyata keçirib.



XəzərNews.az

Xəbər 2042 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +