Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam
Hansı evlərə sənəd verilməyəcək?
Əliyev Trampa təşəkkür etdi
Pezeşkian Azərbaycandan İrana hava hücumunu qəbul etmir
Rusiya və Ukrayna danışıqları İstanbulda baş tutacaq
Almaniya və Norveç Ukrayna üçün Patriotu maliyyələşdirəcək
Putinin sinif yoldaşı vəfat edib... - Ali Məhkəmənin sədri idi
Tramp İlham Əliyevin çıxışını paylaşdı


28.10.2020  12:43 

Paşinyan onu da işdən çıxardı





A+  A-

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub olan Ermənistan hökuməti daha bir yüksək vəzifəli şəxsi istefaya göndərib.
XəzərNews.az-ın məlumatına görə, Ermənistanın Ədliyyə Nazirinin müavini Vahe Danielyan vəzifəsindən azad edilib. Müvafiq fərmanı baş nazir Nikol Paşinyan verib.

Qeyd olunur ki, V. Danielyan bu posta 2019-cu ilin dekabrında təyin edilmişdi.

Xatırladaq ki, son iki gün ərzində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının qərargah rəisi Qaqik Tevosyan tutduqları vəzifədən azad olunublar.

Xəbər 3987 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi

21.07.2025  15:01 

Aysunun keçmiş əri gündəm oldu


BÜTÜN XƏBƏRLƏR +