YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


30.01.2024  15:43 

Oğlunu geri qaytara bilmirəm - Zelenski





A+  A-

Ukrayna prezidenti Vladimir Zelenski gücü çatmadığı anlar yaşayır.

Xəzərnews.az xəbər verir ki, bu barədə o, Almaniyanın ARD telekanalına müsahibəsində danışıb.

Video yanvarın 29-da Prezident Aparatının YouTube kanalında yayımlanıb.

“Yəqin ki, prezident kimi yox, insan kimi gücünüz çatmayan anlarınız olur. Belə məqamlardan danışa bilərsinizmi? – jurnalist Zelenskidən soruşdu.

"Hər insanın belə anlar olur. Ağrılı anlar. Hər insanın həyatında müəyyən anlara görə, müəyyən itkilərə görə gözünün yaşlandığı anlar olur. Xüsusilə də oğlunu itirmiş ananın gözünün içinə baxanda, onun oğlunun mükafatı olan "Qızıl Ulduz" və ya "Qəhrəman Ulduz"u verirsən, amma bu, indi onun üçün edə biləcəyim ən kiçik şeydir. Çünki oğlunu geri qaytara bilmirəm. Ona görə də hər bir canlı insan kimi mənim də belə anlarım olur", - deyə Ukrayna prezidenti cavab verib.

O, əlavə edib ki, onu şəxs kimi və prezident kimi ayırmağa ehtiyac yoxdur.

Xəbər 1027 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +