Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


15.01.2024  05:08 

Qvatemala Prezidentinin andiçmə mərasimi deputatların gəlməməsi səbəbindən ləngiyir





A+  A-

Qvatemalanın yeni seçilmiş Prezidenti Bernardo Arevalonun andiçmə mərasimi respublika Konqresinin (birpalatalı parlament) inauqurasiya iclasında yetərsay olmadığı üçün bir neçə saat yubanır.

Xəzərnews.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli “Prensa Libre” qəzeti məlumat yayıb.

Məlumata görə, iclas səhər saatlarında başlamalı idi. Arevalo iddia edib ki, onun rəqibləri mərasimi qəsdən yubandırırlar. "Deputatlar xalqın seçkilərdə ifadə olunan iradəsinə hörmət etməyə borcludurlar. Demokratiya qanunsuzluq, cılızlıq və hakimiyyətdən sui-istifadə ilə sarsılır. Qvatemala xalqı və beynəlxalq ictimaiyyət bunu izləyir", - o, “X” hesabında yazıb.

Arevalonun tərəfdarları Qvatemalanın küçələrinə toplaşaraq, mərasimin başlanmasını tələb edib, eləcə də rəhbərliyi seçkilərin nəticələrinin təsdiqinə mane olan Respublika Baş Prokurorluğunun əleyhinə bəyanatlar səsləndiriblər.

Arevalonun andiçmə mərasimində İspaniya kralı VI Filip, Latın Amerikasının bir sıra ölkələrinin rəhbərləri, həmçinin ABŞ və Aİ rəsmiləri gəliblər.


Xəbər 2437 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +