Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


19.12.2023  15:49 

Murad Dadaşov düz deyir, yoxsa Kamran Həsənli?





A+  A-

"Murad Dadaşov deyir ki, ciddi jurnalistika qarın doyurmur, baxan yoxdur və ayın sonunda maaş verməliyəm. Kamran Həsənli isə deyir ki, bu tamaşaçını aşağılamaqdır, insanlar ciddi jurnalistikaya da maraq göstərir. Biri medianın ticariləşməsinin gətirdiyi fəsadları qoyur ortaya, digəri medianın auditoriyanı düzgün analiz etmədiyini, bunda da maraqlı olduğunu diqqətə çatdırmağa çalışır".

Xəzərnews.az xəbər verir ki, bunu media eksperti Rizvan Qənbərli bildirib.

O qeyd edib ki, adı çəkilənlərin hər ikisi istəsələr, öz fikirlərini yaxşı əsaslandıra bilərlər:

"Əslində maraqlı mövzudur, ancaq hər mövzunu fikir yerinə müəlliflərinin müzakirəsinə çevirmə bacarığımız sağlam diskussiyaya mane olur. Ölkədə media müzakirəsi açmaq çox mənasızdır. Hətta bu müzakirəni sosial mediada açmaq ondan da mənasızdır. Ən ciddi olanından ən yüngül olanına qədər, fikirlər, problemlər bir kənara qoyulur, onları dilə gətirən şəxslər ya məsxərəyə qoyulur, ya da qəhrəmanlaşdırılır. Mövzu da, problem də, təklif də yaddan çıxır".

Xəbər 1481 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +