Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


06.04.2023  18:34 

Tolik qardaş “barışdırdı“...





A+  A-

Ola bilsin ki, bundan sonra bu "məsum" müdirə bu uşağın çörəyini quru etmədi, üstünə şoru çox yaxdırdı, yeməyini, meyvəsini xüsusi olaraq öz yediyindən verdirdi. Bəs yerdə qalan uşaqların halı nə olacaq?!

Şəxsən mənim bu qadının bundan sonra farağat oturub düz, halal işləyəcəyinə heç bir inamım yoxdur. O və onun kimi uşaq evləri, uşaq bağçası rəhbərləri konkret cinayətkarlardır. Özü də gələcəyimizi baltalayan daha dəhşətli cinayətkarlar!!!

Düşünürəm ki, məsələni gündəmdə saxlayıb müsbət dinamikaya gətirməyi bacaran həssas və vicdanlı ictimaiyyət nümayəndələrimiz buna da etiraz etməli, məsələnin "Toliklərin" əli ilə yarım-yapalaq-yarımçıq "həllinə", daha doğrusu pərdələnməsinə imkan verməməlidir.

Bu arada sözün düzünü dediyi üçün haqqı oğurlanan, rəsmi iqnora məruz qalan 1 saylı Respublika Psixiatriya Xəstəxanasının Baş həkimi Ağahəsən Rəsulova bir vətəndaş və Azərbaycanlı kimi şəxsən ürəkdən təşəkkür edirəm. Əgər o susub deyiləni etsəydi, bu müdirənin heç "barışığa" da ehtiyacı qalmayacaqdı.

Hörmətli Həkim, doğrudur, bu gün sizin haqqınızı, hüququnuzu müdafiə edə bilən ötkəm və azad bir Cəmiyyətə sahib deyilik, ancaq onu bilin ki, ləyaqətini doğru-dürüst qoruya bilməsə də, bu Cəmiyyət bu addımınıza görə sizə ürəkdən minnətdardır!!!

Gülşən Məmmədoğlu

Xəbər 1111 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +