YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


20.12.2022  11:17 

Şərləməyə tələsmə, töhmət vurmağa can atma...





A+  A-

Allahın adıyla...

Dünyanın hər yerində radikalizm və ekstremizm pislənir. Biz də pisləyirik. Lakin təəssüflər olsun ki, heç kəs ya özünə, yaxud da başqasına sual vermir ki, bu pis olan ekstremizmin yaranma səbəbi və yaxud səbəbləri nədir?

Həkimlik xəstəni rahatlandırmaq deyil, xəstəliyin səbəbini tapıb, onu müalicə etməkdir. Hərarəti aşağı salmaq müalicə sayılmır, onun səbəbini aradan qaldırmaqdır müalicə...

Başa düşdü-düşmədi, bildi-bilmədi hər yerindən duran xalqımızın qədim - min illik inancına, adət-ənənəsinə qarşı çıxması əsl cahillik və nadanlıqdır. Bu qədim inancımızın bir parçası, Azərbaycanımızın mənəvi kimliyi Peyğəmbər və ali Peyğəmbərin (s) sevgisi və məhəbbətidir. Onların sevincli günlərində sevinmək, qəmli günlərində qəmli olmaq, o sevginin aşkar təzahürüdür.

Bu gün Xanım Zəhranın (ə) şəhadət günləri ərəfəsində, min illər qəlbində Əhli-beyt sevgisini daşıyan xalqımızın məscidlərdə, nizam-intizamla, heç bir qanundan kənar söz və yaxud əməl müşahidə etmədən məclis qeyd etməsi radikalizm yox , ona mane olan kimdirsə, radikalizmin bünövrəsini qoyan odur. Yersiz aşağılamalar və töhmətlər, yersiz maneələr və məhdudiyyətlər insanların haqlı narazılıqlarına səbəb olur.

Azərbaycanımızın mənəviyyatının, dini dünyagörüşün düzgün formalaşması üçün narahat olanlar, bu xalqın inancına və ənənəsinə yad olan ünsürlərin təbliğ olunmasına narahat olmalıdırlar.

Onlarla sayt və informasiya şəbəkələri saya bilərəm ki, dünyanın hər hansı bir guşəsində baş verən əxlaqsızlıq və tərbiyəsizliyi dərhal dərc edirlər. Və yaxud hər hansı bir üzdəniraq barəsində məqalə hazırlayırlar. Bunu isbat etmək üçün saytlara baxmaq kifayət edir.

Sovet dönəmində tamamilə dini maarifdən kənarda qalanlar, ümumiyyətlə ailədə, cəmiyyətdə dini söhbət eşitməyən və görməyənlər, heç bir dini məclisdə iştirak etməyənlər, indi bunları görəndə onu sağa - sola bağlamağa çalışırlar.

Yox, əzizim.

Azərbaycan elə budur. Azərbaycanın bütün mədəniyyəti və adəti Məhəmməd və ali Məhəmmədin məhəbbəti ilə yoğrulub.

Ədəbiyyatımızdan tutmuş siyasi xadimlərimizə qədər, hər kəs bu mənəviyyata sahib çıxıb. Bizim Əhli-beyt üçün oxuduğumuz şer və mərsiyyələr elə Nizami, Füzuli, Nəsimi, Şah İsmayıl Xətai, Seyid Əzim, Əbülhəsən Raci, Qumri, Şəhriyar, Xurşudbanu Natəvan və digər şairlərimizə aiddir. Özgənin deyildir.

İstər Sovet dönəmində, istərsə də Sovet imperiyasından sonra hər bir çətinlik və məşəqqətlə İmam Rzanın (ə) bacısının hərəmini Bibi Heybət ziyarətgahını qoruyan və ucaldan elə biz özümüzük, cənab millət vəkili.

İstər birinci Qarabağ şəhidlərini, istərsə də ikinci Qarabağ şəhidlərini Fatihə və salavatla dəfn edən elə bizik. Hətta böyüklərdən soruşsan, ikinci Dünya müharibəsində də həlak olanların ruhunu istər o zamanda, istər bu zamanda salavatla yad edən elə bizik, başqası deyildir.

Qınamağa, şərləməyə tələsmə, töhmət vurmağa can atma, soruş, öyrən. Bilənlərdən soruş, yaşlı nəsildən soruş. Öyrənmək ayıb deyil.

Gəl mən sənə, rəhmətlik Şaban əmidən danışım, hələ sovet dönəmində necə ürəkdən ağlaya-ağlaya Kərbəla şəhidlərinə roza oxuyardı. Məzahir əminin mərsiyyə oxumasından danışım. Gəl sənə, rəhmətlik Məşdəminin İmam Hüseyn (ə) məclisindən sonra şövqlə oxuduğu ziyarətnamədən danışım. Və sairə və ilaxır.

Bunlar bizim qan yaddaşımıza yazılıb. Biz bunları görə-görə böyümüşük. Biz buyuq. Bizim Vətən sevgimiz Məhəmməd və ali Məhəmmədin məhəbbətiylə qarışıb. Biz azərbaycanlılar bu məhəbbətlə dünyada yaşayıb yaratmışıq və yaradırıq.

Xülasə, biz, Azərbaycanımızı təmənnasız sevənlər, Vətənimizin əmin-amanlığı üçün canımızı qurban verməyə hazırıq. Bizim dini təbliğatımızın əsas hissəsini Vətənpərvərlik təşkil edib və edir.

Siz də öz işinizi görün, seçildiyiniz dairə ilə maraqlanın, bu çətin dönəmdə, dəhşətli bahalaşma ərəfəsində heç nə demirəm, bircə apteklərə nəzər salın. Nə qədər əlində dərman siyahısı olan, qiymətləri soruşub, amma ala bilməyən xəstələrin sahiblərinin biçarə hallarını öz gözünüzlə görün. Türkiyədə 8 manata olan dərman, burda 45 manata necə olur? Bununla maraqlanın.

Övladını bu soyuqda gödəkçəsiz məktəbə göndərən valideynin yerində özünüzü təsəvvür edin.

Hələ uçulmaqda olan bəzi məktəbləri və palçığa batan məktəb yollarını demirəm.
Bir sözlə, xalqı usandırmayın, xalqın inancına hörmətlə yanaşın!

Seyid Ağarəşid Talıbov

Xəbər 2060 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +