Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


04.12.2022  12:09 

DYP-dən xəbərdarlıq...





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 3-dən 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, bu yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı bildirilir.

XəzərNews.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün şinləri normalara və mövsümə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edir, həmçinin, bu cür hava şəraitində nəqliyyat vasitələrini idarə etmə vərdişləri olmayan sürücülərin avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, həmin sürücülərin sükan arxasına əyləşməmələri tövsiyə olunur.

Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.

Xəbər 977 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +