Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


23.11.2022  09:00 

Rusiyada yaşayan ukraynalı Ani Lorak niyə susur?





A+  A-

Son illər Rusiyada yaşayıb-işləyən, fevralın 24-dən sonra isə müharibə haqqında susmağa üstünlük verən ukraynalı Ani Lorak pərəstişkarlarına üz tutub. O, istifadə olunmaq istəmədiyi üçün susduğunu bildirib.

XəzərNews.az xəbər verir ki, uzun müddət Rusiyanın Ukraynaya təcavüzünə səssiz qalan Ani Lorak nəhayət sükutu pozub:

"Bir dəfə oxudum ki, nəyisə eşitmək üçün əvvəlcə susmalısan. Yoxluğumun səbəbi də yəqin ki, budur. Sadəcə kiminsə məndən istifadə etməsini istəmirəm. Özümü və ürəyimi dinləyəndə mənə aydın oldu ki, hansı istiqamətə getməliyəm”.

O, yaradıcılığının sevgi mövzusunda olduğunu və bu sevgini dinləyicilərə verməyi planlaşdırdığını bildirib.

Ani Lorakın pərəstişkarları isə ona maraqlı cavablar veriblər:

- Ukraynada "sevgi naminə" xeyriyyə konserti ilə gözləyirik.

- Sizin istedadınıza, inanılmaz səsinizə həqiqətən hörmət edirəm. Ancaq Svetlana Loboda, Barskix, Brejnevanın və başqalarının etdiyi kimi öz doğma xalqınızı dəstəkləmədiyiniz üçün çox əsəbləşirəm... Onlar təkcə sözləri, lakin və öz hərəkətləri ilə sübut etdilər ki, onlar Ukrayna xalqının yanındadırlar. Təəssüf ki, siz bunu etmədiniz. Təəssüf edirəm ki, bir çox ukraynalı artıq Ukrayna saytlarında eşidilməyəcək.

- Ukrayna haqqında heç nə demək istəmirsən?

- İnsanların dağıdılmış evlərdə, zirzəmilərdə necə olduqlarını və əgər ev bütövdürsə, işıqsız oturub göz qamaşdıran Ani Lorakın yeni mahnılarını gözləyirəm.

Lalə
XəzərNews.az




Xəbər 979 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +