İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


28.09.2021  16:16 

İlon Maskın sərvəti 200 milyard dollar...





A+  A-

“SpaceX” və “Tesla” kompaniyalarında hissələrə malik İlon Mask “Amazon” kompaniyasının qurucusu Ceff Bezosu qabaqlayaraq dünyanın ən varlı insanları reytinqində birinci yerə yüksəlib.

“Forbes” jurnalının “Real-Time” sayğacındakı məlumatda bildirilir ki, İlon Maskın sərvəti ilk dəfə 200 milyard dolları ötüb.

Sentyabrın 27-də birja hərraclarının sonunda onun varidatı sutka ərzində 3,8 milyard dollar artaraq 203,4 milyard dollara çatıb. İlon Mask sərvəti 200 milyard dolları keçən üçüncü insan olub. İlk dəfə bu həddi 2020-ci ilin avqustunda Ceff Bezos, ikinci dəfə isə bu ilin iyun ayında Louis Vuitton Moët Hennessy (LVMH) qrupunun prezidenti Bernar Arno keçmişdi.

Reytinqdə ikinci yerin sahibi Ceff Bezosun varidatı 197,7 milyard dollar həcmində qiymətləndirilir. Üçüncü pillədə qərarlaşan Bernar Arno 175,7 milyard dollar sərvət sahibidir. Siyahıda dördüncü yerdə 131 milyard dollarla “Microsoft” kompaniyasının qurucusu Bill Qeyts, beşinci yerdə isə 126,4 milyard dollarla “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberq qərarlaşıb. /AzərTAC/

XəzərNews


Xəbər 2322 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +