YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


16.09.2021  20:54 

Bu restoranlar cərimələndi - Siyahı





A+  A-

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 412 ictimai iaşə obyektində 702 monitorinq keçirib.
AQTA-dan XəzərNews.az-a verilən məlumata görə, monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, P. Həşimov küçəsində yerləşən, fiziki şəxs Hacıyev Rəşad Telman oğluna məxsus dönər evi;

2. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., ev 2 ünvanında yerləşən, fiziki şəxs Eyyubov Cahangir Ehtibar oğluna məxsus “El-Chacho” restoranı;

3. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küç., ev 136A ünvanında yerləşən, fiziki şəxs Abdullayev Müşviq Rauf oğluna məxsus kafe;

4. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., G. Məmmədov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Elvin Qalib oğluna məxsus “Qəbələ” restoranı;

5. Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küç., döngə 7 ünvanında yerləşən, fiziki şəxs Cəbrayılov Tale Hafis oğluna məxsus “Qədim Şamaxı” restoranı;

6. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, fiziki şəxs Həsənov Yusif Qurban oğluna məxsus “Baskal” kafesi;

7. Sumqayıt şəhəri, Yeni Bulvar ərazisində yerləşən, fiziki şəxs Nəcəfova Aynur Tofiq qızına məxsus "Priçalli" restoranı;

8. Qazax rayonu, Çaylı kəndində yerləşən, fiziki şəxs Rzayev Razim Həbib oğluna məxsus yeməkxana;

9. Yevlax rayonu, Yevlax-Bərdə yolu, 9-cu km-də yerləşən, fiziki şəxs Paşayev Saleh Bəxtiyar oğluna məxsus "Çinar” kafesi;

10. Bərdə rayonu, Şirvanlı kəndində yerləşən, fiziki şəxs Kazımov Tofiq Həbib oğluna məxsus kafe.

Xəbər 2893 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +