İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


18.05.2021  15:21 

Bu məhkəmələrin sədrləri vəzifədən azad olunur





A+  A-

Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin vəzifəsindən azad olunaraq Ali Məhkəməyə hakim təyin edilməsi barədə layihə Milli Məclisə daxil olub.
XəzərNews.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən müzakirəyə çıxarılıb.

İclasda həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşinin və Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun vəzifələrindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsiylə bağlı layihə müzakirə edilib. Bundan əlavə, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov da vəzifəsindən azad ediləcək.

Milli Məclisin müvafiq şöbəsində müdir müavini kimi çalışan Səyyad Kərimovun da Ali Məhkəmənin hakimi təyin edilməsiylə bağlı layihə müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin yeni sədrinin Səadət Bəktaşi olacağı bildirilir.

Sözügedən layihələr müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasının gündəliyinə təklif edilib.

Xəbər 2064 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +