İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


09.04.2021  10:46 

ABŞ Qara dənizə hərbi gəmilər göndərməyə hazırlaşır





A+  A-

Pentaqon Rusiyanın Ukraynanın şərq sərhədinə yaxın cənub bölgələrinə hərbi texnika köçürməsi fonunda Kiyevə dəstək olaraq Qara dənizə əlavə hərbi gəmilər göndərə biləcəyini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə CNN ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Mənbəyə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri mütəmadi olaraq Qara dənizə girirlər, lakin indi hərbi gəmilərin yerləşdirilməsi Moskva üçün ABŞ-ın vəziyyəti yaxından izlədiyini göstərən xüsusi bir siqnal olacaq.

ABŞ 1936-cı ildə imzalanan boğazların statusu haqqında Montrö Konvensiyasına əsasən, Qara dənizə girmək planı barədə Türkiyəyə 14 gün öncədən bildiriş göndərməlidir. Lakin bildirişin göndərilib-göndərilmədiyi hələ ki, məlum deyil.

Pentaqon, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Rusiya Hərbi Dəniz Qüvvələrinin fəaliyyətini və Krımdakı hərbçilərin istənilən hərəkətini izləmək üçün Qara dəniz üzərindəki beynəlxalq hava məkanına kəşfiyyat təyyarələri göndərməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyi təlimlərə qatılmaq məqsədilə 10-dan çox hərbi gəmini Xəzər dənizindən Qara dənizə köçürdüyünü açıqlamışdı.

Xəbər 1793 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +