“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


02.03.2021  16:54 

AZAL ləğv edilən biletlərin taleyi ilə bağlı məlumat yaydı





A+  A-

Çoxsaylı sorğuları nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı COVID-19 pandemiyası səbəbindən ləğv edilən reyslərin aviabiletlərinin yenidən təxsis edilməsi şərtləri barədə məlumat yayıb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən XəzərNews.az-a verilən “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlərə həmin biletləri aviadaşıyıcıların hazırda yerinə yetirilən xüsusi reyslərinə yenidən təxsis etməyə icazə verilir.

Belə ki, “AZAL” sərnişinlərinə, uçuş tarixini dəyişməklə, lakin əvvəlki hərəkət marşrutunu saxlamaqla, bileti ödənişsiz yenidən rəsmiləşdirmək təklif olunur. Tariflər arasındakı fərqi ödəyərək sərnişinlər aviaşirkətin bütün hazırkı istiqamətləri üzrə uçuş marşrutunu dəyişə bilərlər.

COVID-19 pandemiyası səbəbindən “Buta Airways” aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər, tariflər arasındakı fərqi ödəyərək, həmçinin həmin biletləri AZAL-ın xüsusi reyslərinə yenidən rəsmiləşdirə bilərlər.

“Buta Airways” aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər həmin biletləri əlavə ödəniş etmədən, aşağıbüdcəli aviaşirkətin hazırkı xüsusi reyslərinə (istənilən istiqamət) yenidən təxsis edə bilərlər.

“AZAL” və “Buta Airways” sərnişinləri biletlərin dəyişdirilməsi üçün müvafiq olaraq [email protected][email protected] ünvanları vasitəsilə, həmçinin müvafiq olaraq https://help.azal.az/hc/az/requests/new və https://help.butaairways.az/hc/az/requests/new linkləri ilə geri əlaqə forması vasitəsilə aviaşirkətlərin çağrı mərkəzlərinə və ya aviabiletlərin alındığı yer üzrə müraciət edə bilərlər.

Hər iki aviaşirkətin sərnişinləri yalnız bir dəfə aviabileti ödənişsiz yenidən təxsis edə bilər.

Aviabiletin dəyərinin qaytarılmasına alternativ olaraq vauçer formasında sənəd təklif olunur. Həmin vauçeri ilkin aviabiletin əldə edildiyi tarixdən iki il ərzində istifadə etmək mümkündür.

Vauçer “AZAL” və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətləri üzrə biletlərin alınması üçün etibarlıdır.

Xəbər 2591 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +