1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə
Liderlər Budapeşt Bəyannaməsini imzalayıblar


26.02.2020  12:48 

Soyqırımın ildönümü Füzulidə də qeyd olunur - Foto





A+  A-

Xocalı soyqrımının 28-ci ildönümü münasibətilə Füzuli rayonunda silsilə anım tədbirləri keçirilir.
XəzərNews.az xəbər verir ki, fevarlın 26-da Horadiz şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə ümumrayon anım mərasimi keçirilib. Rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının, N saylı hərbi hissənin əsgər və zabitlərinin, ümumilikdə iki min nəfərin iştirak etdiyi mərasim iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər qərənfillər düzüb, faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükütla yad edilib, soyqırım qurbanlarının ruhuna dualar oxunub.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mərasimdə iştirak edən rayon sakinləri ilə söhbətində Xocalı soyqırımının bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu, xalqımızın yaddaşlarımızdan heç bir zaman silinməyəcəyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı eyni zamanda bəşər tarixinin ən geniş miqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir.

Anım mərasimində bildirilib ki, 28 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən keçmiş sovetlər birliyinə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc, mülki əhalisinə qarşı soyqırım törədib. Xocalı soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 nəfər dinc sakin əsir götürülüb. Dinc əhaliyə qarşı bu cür qeyri-insani əməllər erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirib.

Bildirilib ki, bu dəhşətli hadisəyə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib, 1994-cü ildə onun təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib.

Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi haqqında rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq ərazidəki bütün yaşayış məntəqələrində, idarə və müəssisələrdə anım mərasimləri keçirilib.

26 fevral tarixində rayonun orta ümumtəhsil məktəblərində ilk dərs Xocalı soyqırımına həsr olunub.






Xəbər 1632 dəfə oxunub.




21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü

21.05.2025  11:34 

14 kq narkotiklə tutuldular


BÜTÜN XƏBƏRLƏR +