YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


19.03.2019  09:17 

Bakı metrosunda törədilən terror aktından 25 il ötür





A+  A-

1994 - cü il martın 19-da еrməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı metropoliteninin "20 Yanvar" stansiyasında terror aktı törədilib.
Terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilib.

Müəyyən olunub ki, "Sadval" separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.

1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib. İstintaq zamanı müəyyənləşdirilib ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar.

"20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.

Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Rafiq Babayev də olub.

Məlumat üçün qeyd edək ki, bu hadisədən 2 ay sonra - iyulun 3-də Bakı metrosunda Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanan növbəti terror aksiyası həyata keçirilib. Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.

Terror aktını törətməktə şübhəli bilinən Azərbaycan vətəndaşı Azər Aslanov Moskva şəhərində həbs olunub və Azərbaycana ekstradisiya edilib. 1998-ci ildə A.Aslanov öz ifadələrində bildirib ki o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanova ömürlük həbs cəzası verilib.

Xəbər 1538 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +