YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


13.03.2019  17:11 

Mətbuat Şurası qəzet yayımı ilə bağlı vəziyyəti öyrənir





A+  A-

Bu gün Azərbaycan Mətbuat Şurasında qəzet yayımı ilə bağlı hazırkı vəziyyət müzakirə olunub.
XəzərNews.az xəbər verir ki, çıxış edənlər bildiriblər ki, şəhərin müxtəlif yerlərindəki köşklərin heç də hamısı təyinatı üzrə istifadə edilmir. Onların bəzilərində çox məhdud sayda qəzet olur. Əsasən digər məhsullar satılır. Nəticədə qəzetə maraq azalır, redaksiyaların maddi durumu pisləşir. Paytaxtla yanaşı, mərkəzdən kənar yerlərdəki köşklər də tələblər səviyyəsindən aşağıdır.

İclasda həmçinin Bakı Metropoliteninin stansiyalarında, avtobus dayanacaqlarında, Beynəlxalq avtovağzalda və əhalinin sıx toplaşdığı digər yerlərdə qəzet satışı, əldə yayım işinin yaxşılaşdırılmasına ehtiyacın duyulduğu vurğulanıb.

Toplantıda qəzet yayımı ilə bağlı vəziyyətin detallarının öyrənilməsinin zəruriliyi önə çəkilib. Bu məqsədlə MŞ-nin vaxtilə mövcud olmuş monitorinq qrupunun fəaliyyəti bərpa olunub. Sabahdan işə başlayacaq qrupun əldə etdiyi nəticələr Şuranın Katibliyinə təqdim olunacaq və qruplaşdırılacaq. Məsələ Mətbuat Şurasının İdarə Heyətində kütləvi informasiya vasitələrinin rəhbərlərinin iştirakı ilə geniş müzakirə olunacaq. Ümumən qəzet yayımı ilə bağlı MŞ adından aidiyyatı qurumlara müraciətin ünvanlanması nəzərdə tutulur.

Xəbər 1373 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +