“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


13.12.2018  09:56 

“Azərbaycanda 353 vulkan var”





A+  A-

“Azərbaycanda ilk vulkan püskürməsi 1810-cu ildə Xəzərdə qeydə alınıb. Ötən 200 il ərzində Azərbaycanda (həm quru sahədə, həm də Xəzərin Azərbaycan sektorunda) 93 vulkanda 418 püskürmə olub”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda 353 vulkan var ki, onun 200-ü quru sahədədir. Quru sahədə olan vulkanların 60 faizi püskürmür:

”Çünki adətən püskürmələr arasında vulkanın krater sahəsində mikroform qrupu yaranaraq Yer səthinə arasıkəsilmədən qaz, su, palçıq, lehmə çıxır. Bu prosesin aktiv getdiyi ərazilərdə vulkan daha püskürmür, çünki enerji artıq çıxarılır. Nadir hallarda bəzi vulkanların qrifon-salza fəaliyyəti çox zəif olduqda püskürmə baş verir. Məsələn, Qobustandakı Şıxzərli vulkanı hər 2-3 ildən bir püskürür”.

A.Əliyev vurğulayıb ki, Abşeron yarımadasında – Binəqədi qəsəbəsinin yaxınlığındakı Keyrəki, Lökbatan qəsəbəsinin yaxınlığındakı Lökbatan, Şamaxı-Qobustan bölgəsində Quşçu, Şıxzərli vulkanları tez-tez püskürür: “Digər vulkanlar isə müxtəlif intervallarla 5-10 ildən, bəziləri 25 ildən sonra püskürürlər".

Xəbər 1649 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +