Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


26.10.2018  17:43 

Bakıda 60 ağac aşdı





A+  A-

Ötən gündən başlayaraq paytaxtda əsən güclü külək nəticəsində aşan ağacların sayı artıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. O bildirib ki, vəziyyət çox acınacaqlıdır:

“Dünəndən bu günə kimi şəhərin müxtəlif yerlərindən istər vətəndaşlar, istərsə də qurumlar tərəfindən 60-a yaxın ağac aşması barədə məlumat daxil olub. Müraciətlər ən çox Yasamal, Səbail, Nəsimi və Xətai rayonlarındandır. Xoşbəxtlikdən aşan ağaclar ətrafda olan insanlara, yaşayış obyektlərinə və avtomobillərə ziyan vurmayıb”.

Şöbə rəisi qeyd edib ki, aşan ağaclar arasında qorunub saxlanılan ağaclar da var: “Mütəmadi qulluq edilən, ekoloji tarazlığı tənzimləyən və dekorativ 6 ağac aşıb. Onlar Eldar şamı, sərv və göyrüş ağaclarıdır”.

Xəbər 1803 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +