“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


03.10.2018  12:17 

“Uşaqlarla bağlı məlumatların internetdə yayılmasını qadağan etməliyik”





A+  A-

Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, beş fəsil, 19 maddədən ibarət olan qanun layihəsi uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq onların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Qeyd edək ki, qanunda uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər, uşaqlar üçün zərərli informasiyanın növləri ilə bağlı məqamlar əks olunub.

Müzakirələrdə çıxış edən deputat Elman Nəsirli qeyd edib ki, bu gün uşaqlar internetdə 3 problemlə üzləşir: “Uşaqlar valideynlərinin evdə olmadığı vaxt internetdən istifadə edir. İkincisi, paroldan istifadə edir. Üçüncüsü isə, internetdən istifadə etdikləri informasiyaların tarixçəsini silə bilirlər. Mən təklif edirəm ki, bizdə də uşaqların informasiya təhlükəsizliyi konsepsiyası hazırlansın. Bu çox mühüm məsələdir”.

Deputat Sona Əliyeva qeyd edib ki, Azərbaycada yetkinlik yaşına çatmayanların internetdən istifadəsi ilə bağlı statistika yoxdur: “Amma Rusiyada bu statistika aparılıb. İndi uşaqlar çox ağıllıdır. Onlar bizim qoyduğumuz baryerləri də aşa bilirlər. Məktəblərdə uşaqların zərərli informasiyalara çıxışının filtrlənməsi ilə bağlı məsələnin nə yerdə olduğunu bilməliyik. Biz internet oyunlarını oynayıb intihar edən uşaqları gördük. Ümumilikdə, yetkinlik yaşına çatmayanlar barədə məlumatların internetdə yayımlanmasını qadağan etməliyik. Çünki uşaqlar bütün məlumatları sosial şəbəkədə paylaşırlar. Artıq virtual məkan bizim üçün faydalı olmaqdan əlavə, təhlükəli mənbəyə çevrilib”.

Xəbər 1667 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +