“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


10.03.2018  13:54 

“Onu - bunu şantaj etməkdən əl çəkin!” - Əli Həsənov





A+  A-

“Qurultaydan kənar şəxslər bu gün burada səslənən çıxışlarla bağlı mənfi rəy formalaşdıracaqlar. Ancaq siz bundan qorxmayın. Sadəcə olaraq onlara opponent kimi baxın”.
XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərin bu gün keçirilən qurultayında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışlardan sonra səsləndirilən təkliflərə cavab verərkən deyib. O, bildirib ki, jurnalistlər cəmiyyəti formalaşdıran əsas institutlardan biri kimi çıxış edir: “Pis nümunələri, yaxşı nümunələri də siz cəmiyyətə çatdırırsınız. Kənar təsirlərə məruz qalmayın. Nəyə görə öz dövlətindən aldığın pay qəbahət sayılmalıdır? Niyə xarici qrantlardan formalaşanlar normal sayılsın? Mən müxalifət nümayəndələrinə səslənirəm. Onların üzvləri bu gün Milli Məclisdə təmsil olunurlar. Ancaq bu gün haradan maliyyələşməsi məlum olmayan partiyalar var. Övladları xaricdə oxuyur. Siz onlara cavab verməlisiniz".

O əlavə edib ki, Mətbuat Şurasının fəaliyyətini tənzimləyən qanunun olmasının vaxtı gəlib çatıb: "Eyni zamanda dili qoruyub saxlamaq lazımdır. Bu gün milli mənəvi dəyərləri qorumayan insanlar da vəzifələrdə təmsil olunurlar. Onu Azərbaycanlı adı daşımasından məhrum etməlisiniz. Frankfurta çatan kimi onların pasportları əlindən alınır və onların dediyi kimi hərəkət etməyə məcbur edilirlər. Amma siz təəssüf ki, onlara cavab vermirsiniz. Azərbaycanın dövlət simvollarına qarşı irinli çirkab yağdırırlar. Siz bu məsələni fəaliyyətinizdə mütləq şəkildə nəzərə almalısınız ".

Ə. Həsənov bildirib ki, rayon qəzetlərinin elektron portalının yaradılmasına KİVDF kömək edə bilər: "Jurnalistlər üçün təlimlər keçirmək olar. Mətbuat Şurası reket jurnalistlərlə bağlı ciddi mübarizə aparırlar. Həmin şəxslərin siyahısı mənə təqdim olunur. Onlar məni təhdid edirlər ki, Əli Həsənov bizim çörəyimizi kəsir. Ancaq siz onu - bunu şantaj etməkdən əl çəkin. Bu yaxşı hal deyil. Belələrinin neçəsi həbsə gedib, bəziləri də getmək üzrədir. Onların əksəri istedadlı adamdır. Məmurun elə açığını tuturlar ki, məmur pul verməkdən başqa yol tapmır. Onlar təhdid edib zəhmətsiz pul alırlar və sağlam medianın imicini korlayır. Hamılıqla istəsək reketlərin fəaliyyətinin qarşısını ala bilərik".

Xəbər 1743 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +