Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


19.01.2018  13:05 

Temperatur 3-5 dərəcə düşəcək





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.
XəzərNews.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, gecə çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah ayrı-ayrı yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Yanvarın 20-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.

Xəbər 1703 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +