Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


19.10.2017  11:12 

Dövlət Müstəqilliyi Günü Füzulidə qeyd edildi





A+  A-

Horadiz şəhərində 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi 26-cı ildönümü münasibəti ilə tədbir keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 18 oktyabr dövlət müstəqilliyi günü münasibəti ilə iştirakçıları təbrik edib. Bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olunub.
“Ancaq tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 1991-1993-cü ilin iyun ayına kimi hakimiyyətdə olan səriştəsiz və idarəetmə bacarığı olmayan insanların fəaliyyəti nəticəsində ölkədə faktiki olaraq hakimiyyətsizlik, anarxiya hökm sürürdü. Azərbaycan dövlət kimi məhv olmaq, parçalanmaq üzrə idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi başlamışdı, kəndlərimiz, şəhərlərimiz bir-birinin ardınca işğal olunurdu. Belə bir şəraitdə xalq üzünü Naxçıvana tutaraq özünün xilaskarı kimi Heydər Əliyevi gördü. 1993-cü il iyunun 15-də xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz xaos və anarxiyadan azad olaraq, inkişaf yoluna çıxdı. Məhz Ulu Öndərin qətiyyətli siyasəti, müdrüklüyü və uzaqgörənliyi sayəsində respublikamızın müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndirildi, dönməz, əbədi və sarsılmaz xarakter aldı. Bu gün biz qətiyyətlə deyə bilərik ki, bu günki müstəqil Azərbaycan Respublikası Ulu öndər Heydər Əliyevin şah əsəridir“, - deyə Alı Alıyev vurğulayıb.
Alı Alıyev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirməsindən, daha böyük uğurlar qazanmasından danışıb.
Digər çıxış edənlər müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, bu çətinliklərin aradan qaldırılması, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən danışıblar.



Xəbər 3467 dəfə oxunub.



08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +