Nazir müavinin qardaşı 1.2 milyonluq tenderin qalibi oldu
Bir az insaf, bir az vicdan! - Gömrükdən şikayət
Ata öz qızını avtobusda döydü
Qayıdış reallaşana qədər... - Prezident
14 kq narkotiklə tutuldular
Lavrovun Yerevanda etirazla qarşılanması təəccüblü deyil – Şərh
“Bayburt Grup“un 6 milyondan çox vergi borcu var
Həmyerlimiz Mayamidə faciəli şəkildə həlak oldu
İşdən çıxarılan direktorun “ürəyi gedib“?
Yeni kənd təsərrüfatı naziri təyin olundu


10.05.2025  12:58 

“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub





A+  A-

Azərbaycanın qədim və böyük yaşayış məskənlərindən olan Masallının Boradigah qəsəbəsi haqqında kitab nəşr olunub.

Araşdırmaçı jurnalist Sücəddin Şərifovun müəllifi olduğu “Boradigah tarixi qaynaqlarda” kitabı zəngin arxiv materialları əsasında yazılıb.

Kitabda Azərbaycanın tarixi kəndlərindən olan Boradigah sözünün mənası açıqlanıb, kəndin qədim inzibati sərhədləri, coğrafi mövqeyi ilə bağlı bilgilər toplanıb.

Azərbaycanın müxtəlif tarixi dövrlərini - Rusiya imperiyası, SSRİ və müasir zamanımızı əhatə edən zəngin sənədlər əsasında Boradigahın məhəllələrinin, təhsilinin, səhiyyəsinin, məscidlərinin, qəbiristanlıqlarının, ocaqlarının, bazarının, hamamlarının tarixi barədə arxiv materialarına söykənən məlumatlar verilib.

“Boradigah tarixi qaynaqlarda” kitabında boradigahlıların Talış xanlığının yaranmasında iştirakı, onlarla qohumluq münasibətləri və fikir ayrılıqları haqqında arxiv sənədləri təqdim olunub.

Kitabda həmçinin Boradigahda müxətlif vaxtlarda buradakı məktəbə, kolxoza, xəstəxanaya rəhbərlik edənlər və onların fəaliyyəti haqqında müfəssəl bilgi verilib.

Kitabda sənədlər əsasında Birinci və İkinci Dünya Müharibəsi ərəfəsində Boradigahda baş verən hadisələr yer alıb, Böyük Vətən Müharibəsində iştirak edən, həlak olan və itkin düşən insanların siyahısı təqdim edilib.

Çar Rusiyasından bəri Boradigahda yaşayanların, qəsəbənin qəhrəman analarının, əmək veteranlarının, orden və medallarla təltif edilənlərin siyahıları verilib.

Kitabda diqqətçəkən maraqlı tarixi hadisələr də yazılır.

Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin, Azərbaycanda Sovet Hökümtinin başçısı Nəriman Nərimanovun Boradigaha səfərləri, 30-50-ci illərdə ölkəyə başçılıq etmiş Mir Cəfər Bağırovun qəbulunda olan kənd sakinlərinin görüşlərinin təfərrüatları açıqlanıb.

“Boradigah tarixi qanyaqlarda” tarixlə maraqlananlar, elmi işçilər üçün faydalı mənbədir.

Xəbər 2896 dəfə oxunub.




21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü

21.05.2025  11:34 

14 kq narkotiklə tutuldular

21.05.2025  10:41 

Tanınmış iş adamı vəfat etdi

20.05.2025  13:12 

Sabahdan istilər başlayır


BÜTÜN XƏBƏRLƏR +