Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


17.10.2024  19:51 

Tanınmış jurnalistin ölkədən çıxışına qadağa qoyulur





A+  A-

Tanınmış araşdırmaçı-jurnalist İdris Heydərli məhkəməyə verilib.

Xəzərnews.az Lent.az-a istinadən xəbər verir ki, buna səbəb onun fərdi sahibkar kimi fonda olan borcları ilə bağlıdır. Belə ki, jurnalist müəyyən müddət keçməsinə baxmayaraq, vergiləri ödəməyib.

Buna görə də, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Dövlət qurumu məhkəməyə müraciətində İdris Heydərlinin borcu ödəmədiyi təqdirdə Azərbaycandan çıxışına qadağa qoyulmasını xahiş edir.

İşə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İdris Heydərli 1994-1996-cı illərdə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində böyük redaktor vəzifəsində çalışıb. Dönəmin ən məşhur proqramı olan "Ev sizin sirr bizim” verilişin rəhbəri və aparıcısı olub. 2002-ci ildə yenidən televiziyaya dönüb və "Space TV"də redaktor, aparıcı vəzifələrini daşıyıb. Həmin vaxtlar məşhur proqram "Ay, ev yiyəsinin” müəllif və aparıcısı, "Gizli və aşkar Azərbaycan” proqramının müəllifi olub. 2006-cı ildə bu kanaldan AzTv-yə redaktor olaraq geri dönüb. 1 illik redaktor vəzifəsindən sonra 2007-ci ildə Rusiyanın Moskva şəhərində fəaliyyət göstərən "İnter Azərbaycan" (İnterAz TV) televizisiyasında 3 il icraçı direktor olaraq yer alıb.



Xəbər 7422 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +