Ruslan Kravçenko Ukraynanın baş prokuroru təyin edildi
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Lukaşenko inəklərə abidə qoyulmasını istəyir
İran səfiri erməniləri rahatlatdı: Sızma yoxdur
Azərbaycan İsraildən Güneyi vurmamağı xahiş edib?
Xaçmazda tələbə vəfat edib
İki rayona yeni prokuror təyin edilib
İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat
Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib
Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev


14.10.2024  17:01 

Bakı şəhəri növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək





A+  A-

Ölkəmizin paytaxtı Bakı şəhəri növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək.

Xəzərnews.az xəbər verir ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Türkiyə Respublikası Sürücülük Təhsili iş Verənləri Həmkarlar İttifaqı, İstanbul Türkiyə Azərbaycan Mədəniyyət Dərnəyinin təşkilatçılığı və Azərbaycan Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin dəstəyi ilə “Türk Dünyasında Sürücülük Təhsili” adlı beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən verilən məlumata görə, tədbirin əsas məqsədi Türk Dövlətlərinin bütün sahələrdə əməkdaşlığının inkişafında olduğu kimi müasir dövrdə sürücülük təhsili sahəsində də qarşılıqlı iş birliyini yaradılmasına kömək etməkdir. Sürücülük təhsili sahəsinda tətbiq olunan dünya standartlarının öyrənilib tətbiq edilməsi, xüsusi ilə yeni nəsil elektrikli və ağıllı avtomobillərin idarə olunması ilə bağlı ortaq təhsil proqramının tətbiqi sahəsində əməkdaşlığın yaradılmasıdır. Sürücülük məktəblərinin müəllim və rəhbərlərinin bir araya gələcəyi konfrans, 15 oktyabr 2024-cü il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcəkdir.

Məlumata əsasən tədbirdə Türkiyənin keçmiş təhsil naziri, Türkiyə Millət Məclisinin təhsil komitəsinin sədri, millət vəkili Mahmut Özər, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə-Kipr parlamentlərarası dostluq qrupunun rəhbəri Orxan Ərdəm, Türkiyə təhsil nazirliyinin aidiyyatı departamentlərinin rəhbərləri, Şimali Kipr Prezidentinin müşaviri Muslu Akgüney, Şimali Kipr Türk Respublikası Nəqliyyat nazirliyinin əməkdaşları, Türkiyə və Şimali Kiprdən sürücülük təhsili verən məktəblərin 100-ə yaxın rəhbər və müəllim heyyəti qatılacaqlar.

Tədbirdə ölkəmizdə sürücülük təhsili sahəsində xidmət gösdərən məktəblərin də təmsilçiləri iştrak edəcəkdir.



Xəbər 6698 dəfə oxunub.




17.06.2025  16:41 

Xaçmazda tələbə vəfat edib

16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir


BÜTÜN XƏBƏRLƏR +