Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


26.02.2024  16:58 

Hidayət Orucov nə dini, nə də siyasəti bilirdi... - Açıqlama





A+  A-

Fevralın 7-də keçirilən prezident seçkilərindən sonra yeni hökumətin tərkibi təsdiqlənsə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri postuna təyinat olmadı. DQİDK-nin sabiq sədri Mübariz Qurbanlını kimin əvəzləyəcəyi hazırda ən çox maraq doğuran məsələlərdəndir.

Xəzərnews.az xəbər verir ki, bu sözləri DQİDK-nin keçmiş sədri, professor Rafiq Əliyev bu mövzuda “Yenisabah”a maraqlı açıqlamalar verib. Professor əvvəlcə özünün DQİDK-nin sədri olduğu dövrə ekskursiya edib:

“Dini bilən adam Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr olmalıdır. Bu vəzifədə birinci 5 il mən işlədim. Mən dini də, ərəb dilini də bilirdim. Təxminən 5 il ərzində dövlət konsepsiyası hazırladıq və müəyyən işlər gördük. Daha sonra həmin vəzifəyə Hidayət Orucov təyin olundu. O nə dini, nə də siyasəti bilirdi. Hidayət Orucov 9 il bu vəzifədə işlədi, lakin bu müddət ərzində onun gördüyü hər hansı işi qeyd edə bilmirəm. Çünki ədəbiyyatşünas idi və ancaq yazı-pozu ilə məşğul olurdu. Mübariz Qurbanlı isə fəaliyyətə başladıqdan sonra kifayət qədər ciddi reformlar apardı. Dini qurumlarla dövlət arasında münasibətləri müxtəlif cür tənzimlədi və qaydasına saldı. Hazırda isə bu komitəyə rəhbərlik etməsi üçün mütləq şəkildə dini bilən adam lazımdır. Çünki dini bilmədən bu vəzifədə işləmək çətindir. Biz vaxtında reformların əsasını qoymuşduq, Mübariz Qurbanlı isə bu reformları davam etdirdi. Düzdü, onun dini savadı yox idi, ancaq siyasi cəhətdən yetərincə savadlı idi. Ona görə də dini məsələlərlə bağlı qanunların nizama salınmasında və düzəlişlər zamanı çətinliklər olmadı”.

Professor bu vəzifəyə mütləq dini savadı yüksək birinin təyin edilməli olduğunu bildirib.

“Amma həqiqətən artıq orada dini bilən adam olmalıdır. Çünki elə bir dövrdür ki, hamı dindən danışır və sən dindən deyil siyasətdən danışsan, qarşındakını heç nəyə inandıra bilməzsən. Bu vəzifəyə hansısa konkret namizəd deyə bilmərəm. Hər halda komitədə və ondan kənarda dini bilən adamlar kifayət qədər var. Yəqin ki, hakimiyyət dövlət siyasətinə uyğun birini seçib komitənin sədri təyin edəcək”.

Xəbər 2480 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +