Məşhur restoranda vətəndaşdan əlavə ödəniş alındı
Bakıda yanğın söndürmək üçün nəzərdə tutulan su sakinlərə 30 manata satılır
Yeniyetmə çimərlikdə günvurmadan öldü
Xırdalanda 4 yaşlı uşaq qızdırmadan öldü
Rusiyada azərbaycanlı biznesmen saxlanıldı
“Suriya üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək“
Sənədsiz evlərə “kupça” verilməsində YENILIK
Kəşfiyyatçılar Bakıda məlumat toplayırdılar - Casusdan ETİRAF
Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı


08.11.2017  19:26 

Ziya Məmmədovun oğlu yaxtasını satışa çıxardı - FOTOLAR





A+  A-

Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov Türkiyədəki yaxtasını satışa çıxardıb.
XəzərNews.az xəbər verir ki, Azxeber.com-un əldə etdiyi məlumata görə, atasının işdən çıxarılmasından sonra iş adamı təkcə Azərbaycandakı deyil, xaricdəki mülklərini də satışa çıxardıb. Belə ki, A.Məmmədov Türkiyədəki "Only One” adlı yaxtasını nə az, nə çox düz 19 milyon avroya satışa qoyub.

Məlumata görə, sözügedən yaxta A.Məmmədovun Londondakı şirkətinə aiddir. Bütöv adı "Baglietto Only One” adlanan yaxtanın satış elanı "M Blue Yacht”da yerləşdirilib. Yaxtada əyləncə, idman zalları olmaqla 5 otaq mövcuddur.

Mənbənin sözlərinə görə, bu yaxta Anar Məmmədovun tez-tez ziyarət etdiyi məkan olub. O bu yaxta ilə qonaqlarıyla bir neçə dəfə uzun səfərlərə də çıxıb.

"Baglietto Only One” nın satışını isə Nərgiz adlı azərbaycanlı qadın həyata keçirir. Bu qadının Anar Məmmədovun Türkiyədəki biznesinin idarəsində məsul şəxs olduğu bilinir.






Xəbər 3686 dəfə oxunub.




23.07.2025  11:24 

Kəlbəcərdə zabit vəfat etdi

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +