İmkanlı azərbaycanlılar Rusiyanı tərk edirlər
Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir - Hikmət Hacıyev
Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI


27.01.2025  23:57 

Birbank niyə ÇÖKDÜ?





A+  A-

Ötən ilin yanvarında Azərikard 7 saat müddətində çökmüşdü...

Elektrik sistemində baş verən nasazlıqdan sonra bu prosessinq mərkəzinin bütöv sistemi restartdan sonra dayanmış və onu 7 saat müddətində bərpa etmək mümkün olmamışdı.

Xatırlayıram ki, o zaman problem daha çox buradakı texnologiyalara supportun yetərli, dayanıqlı olmamasıyyla bağlıydı. Nəticədə ölkənin maliyyə-bank sistemində, 15 bankda xidmət dayanmışdı.

Mərkəzi Bankın auditindən sonra bu qurumda İT mühitlə, təhlükəsizliklə bağlı ciddi nöqsanların olduğu müəyyənləşmişdi.

İndi Birbankın çöküşü də, hələlik 7 saatlıq çöküşünün də yanvar ayına təsadüf etməsi ümid edirəm elə təsadüfdür.

Doğurdanmı bu qurumda da hansısa bir "zamıkaniyadan" serverlər çöküb və "kadr və texnoloji support" səbəbindən restart etmək mümkün olmayıb?

Doğurdanmı bu nəhənglikdə Kapital Bank çökən serverlərini, hansısa texniki problemlərini 7 saat müddətində bərpa etmək iqtidarında deyil.

Çox təəccüblü və düşündürücüdür.

Osman Gündüz


Xəbər 4195 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +