Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


25.12.2020  09:45 

“Şotlandiya müstəqil olacaq”





A+  A-

Şotlandiyanın Baş naziri Nikola Stercen İngiltərə ilə Avropa İttifaqı arasında “Brexit” ticarət müqaviləsi çərçivəsində əldə edilən razılaşmanın ardından Şotlandiyanın gələcəkdə müstəqil ölkə olacağını açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə o, tvitterdə yazıb. Baş nazir 2016-cı il referendumunda şotlandların təxminən üçdə ikisinin Aİ-də qalmağa səs verdiyini iddia edib.

Stercen ““Brexit”in bizdən aldığını kompensasiya edəcək bir razılaşma yoxdur. Müstəqil bir Avropa ölkəsi olaraq öz gələcəyimizi təyin etməyin vaxtı gəldi”,- deyə vurğulayıb.

Qeyd edək ki, 1707-ci ildən Böyük Britaniya krallığının bir hissəsi kimi yaşayan, böyüyən və inkişafa çalışan Şotlandiya, Birləşmiş Krallığı meydana gətirən dörd böyük quru parçasından biridir. Hər nə qədər Şotlandiya parlamenti Londona bağlı olsa da, Şotlandiyanın avtonom bir hüquq sistemi və kilsəsi mövcuddur.

Xəbər 3578 dəfə oxunub.




19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +